RU
Nigeriyada dəhşətli faciə — 12 məktəbli öldü, 19-u yaralandı
22:40
348

Nigeriyada dəhşətli faciə — 12 məktəbli öldü, 19-u yaralandı

Nigeriyada məktəblilərin ölümü ilə nəticələnən faciə baş verib.
 
Nigeriyanın şimal-şərqində yük avtomobilinin qəza törətməsi nəticəsində 12 uşaq ölüb, 19-u yaralanıb.
 
Hadisə paytaxtdan 20 kilometr məsafədə baş verib. Yüksək sürətlə hərəkət edən yük avtomobili dini mərasimi həyata keçirən məktəblilərin üzərinə gəlib.
 
Şahidlərin sözlərinə görə, qəzəbli kütlə sürücünü elə yerindəcə öldürüb və polis gələnə qədər avtomobili yandırıb.
 
Hazırda polis qəzanın səbəblərini və sürücünü öldürən şəxsin tapılması istiqamətində araşdırmalara başlayıb./olke.az
 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ