7NEWS.az xəbər verir ki, Nigeriya Milli Səhiyyə Xidmətləri Agentliyinin (NPHCDA) direktoru Faysal Şuaib açıqlamasında bildirib ki, difteriya epidemiyası ölkənin müxtəlif əyalətlərinə yayılmağa davam edir. May-iyul aylarında ölkə daxilində 836 difteriya hadisəsinin görüldüyünü qeyd edən Şuaib, epidemiya səbəbiylə həyatını itirənlərin sayının 83-ə yüksəldiyini bildirib. Şuaib, NPHCDA-nın Federal Səhiyyə Nazirliyi və digər tərəfdaşlarla birlikdə bu epidemiyaya effektiv cavab vermək üçün bütün lazımi resursları səfərbər etdiyini bildirdi.
7NEWS.az








