Nigeriyanın Kadun əyalətində hərbi hissəyə silahlı hücum nəticəsində 11 hərbçi ölüb, çoxlu sayda mülki sakin oğurlanıb.
7NEWS.Az "TRT Haber”ə istinadən xəbər verir ki, məlumatı yerli KİV yayıb.
Bildirilib ki, motosikletli silahlı dəstə Kadun əyalətinin Birnin-Qvari rayonunda hərbi hissəyə hücum edib.
Məlumata görə, son zamanlar silahlı şəxslərin motosikletlerlə hücumlar etməsi səbəbindən bəzi əyalətlərdə bu nəqliyyat vasitəsindən istifadə qadağan edilib.
7NEWS.Az







