Nigeriyanın Madaqalı şəhərində eyni vaxtda iki partlayış törədilib.
7News.Az xəbər verir ki, bu barədə "Reuters” agentliyi məluat yayıb. Partlayış nəticəsində 56 nəfər həlak olub, daha 57 nəfər yaralanıb.
Terror hadisələrinə görə heç kim məsuliyyəti öz üzərinə götürməyib.
Qeyd edək ki, şəhər 2015-ci ildə "Boko Haram" terror təşkilatının nəzarətindən azad olunub.








