RU
Nigeriyada mina partlayıb: 7 mülki vətəndaş həyatını itirib
15:40
21

Nigeriyada mina partlayıb: 7 mülki vətəndaş həyatını itirib

Nigeriyanın şimal-şərqindəki Borno əyalətində terror təşkilatı Boko Haram tərəfindən yola döşənmiş minanın partlaması nəticəsində 7 mülki vətəndaş həyatını itirib.

Nigeriya milli mətbuatında yer alan xəbərə görə, ölkənin şimal-şərqindəki Borno əyalətində Maiduguri-Dikva-Gamboru Nqala avtomobil yoluna terror təşkilatı tərəfindən qoyulan mina sərnişinləri daşıyan avtobus keçərkən partlayıb.

Partlayış nəticəsində 7 mülki vətəndaş həyatını itirib, çoxlu sayda insan yaralanıb.
 



BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ