Nigeriyada baş verən silahlı hücum nəticəsində 30-a yaxın qadın və uşaq ölüb.
Bu barədə "Premium Times” qəzeti yerli polisə istinadən məlumat yayıb.
Məlumata əsasən, hücum bazar ertəsi günü Adamave ştatının şimal-şərqində baş verib. Hücum edən silahlıların Baçama etnik qrupuna məxsus olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır./qafqazinfo
7news.Az








