RU
Nigeriyada silahlı şəxslər fidyə müqabilində 87 nəfəri qaçırıblar
16:10
92

Nigeriyada silahlı şəxslər fidyə müqabilində 87 nəfəri qaçırıblar


7NEWS.az xəbər verir ki, Tantau bölgəsinin sakini İsa Musa Kaduna əyalətinin Tantau bölgəsinə silahlı şəxslərin gələrək təsadüfi atəş açdığını bildirib.

Musa hücumçuların 87 nəfəri qaçırdığını, həmçinin rayon sakinlərindən ərzaq oğurladığını bildirib.

Nigeriyada adam oğurluğuna görə cəza ölüm olsa da, fidyə müqabilində adam oğurluğu adi haldır.

Qeyd edək ki, martın 7-də Kaduna əyalətində silahlı şəxslər tərəfindən həyata keçirilən hücumda 287 tələbə qaçırılıb.

Silahlı insanlar ümumiyyətlə ölkənin şimalındakı kəndləri, məktəbləri və səyahətçiləri hədəf alır və fidyə tələb edirlər.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ