Nigeriya ordusu ölkənin şimal-şərqində terror təşkilatı Boko Haram-a qarşı həyata keçirdiyi hava əməliyyatında onlarla terrorçunu zərərsizləşdirib.
7NEWS.az xəbər verir ki, Nigeriya Hərbi Hava Qüvvələrinin (NAF) sözçüsü Edvard Qabkvet verdiyi açıqlamada ordunun ölkənin şimal-şərqindəki Borno əyalətində Boko Harama qarşı hava əməliyyatı həyata keçirdiyini bildirib. Qabkvet əməliyyat zamanı Boko Haram üzvlərinin yerləşdiyi düşərgələrin məhv edildiyini və onlarla terrorçunun məhv edildiyini bildirib. 2000-ci illərin əvvəllərindən Nigeriyada mövcud olan Boko Haramın 2009-cu ildən bəri təşkil etdiyi kütləvi zorakılıqlarda minlərlə insan həyatını itirib.
7NEWS.az








