Nigeriyanın şimal-şərqində "Boko Haram” və ISWAP terror təşkilatlarına qarşı əməliyyatlar zamanı 63 silahlı, o cümlədən qruplaşma lideri zərərsizləşdirilib.
Bu barədə Nigeriyanın Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, general Benar Onyuko məlumat verib.
Onun sözlərinə görə, zərərsizləşdirilən terrorçular arasında ISWAP-ın liderlərindən biri Abubakar Dan-Buduma da var.
Bundan başqa, terror təşkilatının 79 üzvü, xeyli miqdarda silah-sursat ələ keçirilib.
Qeyd edək ki, "Boko Haram” qruplaşması 2015-ci ildən Kamerun, Çad və Nigerə hücumlar təşkil edir./report
7NEWS.Az








