RU
Nigeriyada üç terrorçu məhv edilib
10:26
288

Nigeriyada üç terrorçu məhv edilib

Nigeriyanın müdafiə qüvvələri ölkənin şimali-şərqində bazarda terror aktını həyata keçirməyə cəhd edən üç terrorçu-kamikadze qadını zərərsizləşdirib. 

Bu barədə hərbçilərə və vətəndaş hakimiyyətinin nümayəndələrinə istinadən "Associated Press” məlumat yayıb. 

Agentliyin məlumatına görə, kamikadze qadınlar Madaqali kəndi yaxınlığında qaçarkən məhv ediliblər. Atışma zamanı partlayıcıya dəyən güllə iki kamikadzenin ölməsinə səbəb olub, üçüncü terrorçu isə qaçmağa cəhd edərkən öldürülüb. 

Yerli hakimiyyət hesab edir ki, terror aktını "Boko Haram” islamçı qruplaşma törətmək istəyib. /oxu.az

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ