Nigeriyada həmkarlar ittifaqlarının artan yaşayış bahalığına qarşı başlatdığı qeyri-müəyyən tətil səbəbiylə ölkə daxilində elektrik enerjisi kəsilib.
7NEWS.az xəbər verir ki, Nigeriyanın Elektrik Ötürücü Şirkətinin (TCN) ictimaiyyətlə əlaqələr üzrə meneceri Ndidi Mbah verdiyi açıqlamada, TCN işçilərinin tətildə iştirak etməsi səbəbindən ölkə daxilində elektrik enerjisinin kəsilməsinin olduğunu bildirib. Mbah bildirib ki, tətil səbəbindən müxtəlif elektrik istehsal stansiyalarında bəzi blokları bağlamaq məcburiyyətində qalıblar.
7NEWS.az








