Nikaraqua hökuməti Meksika prezidenti Andres Manuel Lopez Obradoru və hökumətini dəstəkləməyə davam edəcəklərini bəyan edib.
7NEWS.az xəbər verir ki, polisin Meksika səfirliyinə basqın etməsindən sonra Nikaraqua Ekvadorla bütün diplomatik əlaqələrini kəsdiyini açıqlayıb. Nikaraqua hökuməti Ekvadorun keçmiş vitse-prezidenti Xorxe Qlası saxlamaq üçün 2022-ci ilin dekabrından bəri qaldığı Meksikanın Kito səfirliyinə basqınla bağlı açıqlama verib.
7NEWS.az








