ABŞ-ın BMT yanındakı daimi nümayəndəsi Nikki Heyli dünya ölkələrini Şimali Koreya ilə ticarət münasibətlərinin dayandırılması və şimali koreyalı işçilərin ölkədən xaric edilməsi də daxil olmaqla, bütün əlaqələri kəsməyə çağırıb.
7news.Az Report-a istinadən xəbər verir ki, bunu o, BMT Təhlükəsizlik Şurasının təcili iclasında deyib.
Heyli KXDR-i BMT-dəki səs hüququndan məhrum etməyə səsləyib.
7news.Az







