RU
Nikol Paşinyan İlham Əliyev ilə Kopenhagendəki görüşdən məmnunluğunu ifadə etdi
19:07
63

Nikol Paşinyan İlham Əliyev ilə Kopenhagendəki görüşdən məmnunluğunu ifadə etdi

Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyev ilə Kopenhagendə baş tutan görüşdən və ümumilikdə Bakı ilə təmaslardan məmnun olduğunu ifadə edib.

7News.Az-ın "Sputnik Ermənistan" "Telegram" kanalına istinadən xəbərinə görə, bu barədə Paşinyan brifinqdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

O, Ermənistanla Azərbaycan arasında sülhün bərqərar edildiyini və bu reallığı görməzdən gəlməyin mümkün olmadığını bir daha vurğulayıb.

Nikol Paşinyan sülhün institusionallaşması prosesinin getdiyini qeyd edib və bildirib ki, sülhün olması əsas faktdır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ