RU
Nikol Paşinyan mayın 16-da Moskvaya səfər edəcək
17:30
151

Nikol Paşinyan mayın 16-da Moskvaya səfər edəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitində iştirak etmək məqsədi ilə mayın 16-da Rusiyanın paytaxtı Moskva şəhərinə gedəcək.

Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Mayın 16-da Moskvada KTMT-nin yaranmasının 30 illiyi ilə bağlı quruma üzv dövlətlərin Zirvə toplantısı keçiriləcək. Bu liderlər səviyyəsində görüş olacaq. İşgüzar səhər yeməyində liderlər arasında təkbətək görüş keçiriləcək. KTMT-nin baş katibi Stanislav Zasla qurumun indiki sədri Ermənistanın Baş naziri Nikol Paşinyan görüşün yekunlarına dair mətbuat konfransı olacaq”, - o qeyd edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ