Paytaxtın bəzi yollarında avtobusların dayanacaqdan istifadə etməsi üçün nişanlar quraşdırılsada, ancaq həmin yola dayanacağın özü qoyulmayıb.
7news.az Xəzər TV-yə istinadən məlumatına görə, belə vəziyyət xüsusilə yağış və qar yağdıqda sərnişinlər üçün çətinlik yaradır. Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşıma qaydalarına görə isə yolda avtobusların dayanmasını əks etdirən nişanın olması ilə yanaşı sərnişinlərin qorunması üçün xüsusi örtüklü dayancaqda quraşdırılmalıdır.
Bu cür mənzərəyə paytaxtın əksər rayonlarında rast gəlmək mümkündür. Xüsusi ilə də, nəqliyyatın intensivliyi ilə seçilən Azadlıq, Ziya Bünyadov Və Mətbuat prospektlərində belə halları müşahidə etdik.
Sərnişinlər deyir ki,dayancağın olmaması xüsuilə qış aylarında çətilink yaradır. Bəzi yollarda isə dayanacağın özü olsada nişanı qoyulmayıb.Ancaq Avtomobil nəqliyyatı ilə sərnişin və baqaş daşıma qaydalarına görə, ümumi istifadə də olan nəqliyyat vasitələrinin dayanacağı xüsusi yol nişanı ilə işarələnməlidir.
Bununla yanaşı dayancaqlar yolun hərəkət hissəsindən müəyyən qədər kənarda olmalıdır. Digər bir məqam isə qanuna görə,avtobusların dayanmasını əks etdirən nişanın olması ilə yanaşı dayanacağın özünün də olmasıdır.
Nəqliyyat Nazirliyindən məsələ ilə bağlı bildirildi ki, paytaxtın avtobusların dayanması üçün nəzərədə tutuılan dayancağ çatışmayan yollarında mütamadi araşdırmalar aparılır. Araşdırmalara nəticəsində təkliflər planı hazırlanaraq dayancaqların quraşdırılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə göndərilib.
7news.az








