RU
Nişanlısı ilə ginekoloqdan çıxan jurnalist tutuldu - Kəbinsiz cinsi əlaqədə olublar - FOTO
16:50
449

Nişanlısı ilə ginekoloqdan çıxan jurnalist tutuldu - Kəbinsiz cinsi əlaqədə olublar - FOTO

28 yaşlı qadın jurnalist nikahsız cinsi münasibət yaşadığına görə həbs olunub.

28 yaşlı jurnalist Həcər Raissouni nikahsız dünyaya gələcək körpəsini abort etdirdiyinə və ailə qurmadan cinsi əlaqədə olduğuna görə 1 il müddətinə azadlıqdan məhrum edilib.

Mərakeşli jurnalist avqust ayında nişanlısı ilə birlikdə gineokoloqun otağından çıxarkən saxlanılıb. Onun həbsi barədə qərar paytaxt Rabat şəhərində etiraz aksiyalarının keçirilməsinə səbəb olub.

Həcər Raissouni iddiaları təkzib edərək, daxili qanaxmaya çarə axtardığını bildirib. "Biz qərardan şoka düşdük", - Həcərin vəkili söyləyib.

Qeyd edək ki, o, iqtidar əleyhinə yazılar nəşr olunan "Akhbar Al-Yaoum" gündəlik qəzetinin müxbiridir.
Nişanlısı ilə ginekoloqdan çıxan jurnalist tutuldu - Kəbinsiz cinsi əlaqədə olublar - FOTO

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ