RU
Nişanlısı ilə mübahisə edən polis özünü güllələdi - Dəhşətli intihar - FOTO
17:20
484

Nişanlısı ilə mübahisə edən polis özünü güllələdi - Dəhşətli intihar - FOTO

Türkiyədə dəhşətli intihar hadisəsi baş verib. 

7News.Az Türkiyə mətbuatına istinadən məlumat verir ki, Bodrumda polis işləyən Sadiq Abrek nişanlısı ilə mübahisə etdikdən sonra öz silahı ilə ürəyindən vuraraq intihar edib. 

İddiaya görə o, nişanlısı ilə mübahisə etdikdən sonra evinə gedib. Evinə gələn Sadiq Abrek silahı ilə özünü güllələyərək intihar edib. Hadisə yerinə gələn polislər intihar edən insanın iş yoldaşıları olduğunu görəndə dəhşətə gəliblər. Dostları ürək masajı edərək onun həyatını xilas etməyə çalışıblar. Təcili tibbi yardımın gec gəldiyini görən dostlar üsyan edib. 

Xəstəxanaya qaldırılan həkimlərin müdaxiləsinə baxmayaraq Sadiq Abrekin həyatını xilas etmək mümkün olmayıb. 

Onun ölümünü eşidən dostları və yaxınları göz yaşına boğulublar. Sadiq Abrekin sabah doğulduğu Konya şəhərində dəfn ediləcəyi bildirilir. 
Nişanlısı ilə mübahisə edən polis özünü güllələdi - Dəhşətli intihar - FOTO

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ