Mediada Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnun alınmasına dair bir qrup vətəndaş cəmiyyətinin, jurnalistlərin və hüquqşünasların müraciət edilməsi xəbəri yayılıb.
Müraciəti 58 nəfərin (QHT təmsilçisi, KİV əməkdaşı, hüquqşünas) imzaladığı qeyd edilir. Müraciəti imzalayan şəxslər Azərbaycanın beynəlxalq təşkilatlarda, o cümlədən AŞPA-da təmsilçiliyin alınmasını, səsvermə hüququnun dayandırılmasını tələb edirlər. Baş verən hadisə ilə bağlı Bələdiyyələrin İnkişafına Yardım İctimai Birliyinin sədri Niyaməddin Orduxanlı mətbuata açıqlama verib. Onun sözlərinə görə, həqiqətən də, Avropa Şurası Parlament Assambleyasına 58 nəfərin imzası ilə müraciət daxil edilib:
" Əslində, baş verən hadisə çox utanc gətirən bir haldır. Və birbaşa Ermənistan dövlətinin milli maraqlarına xidmət edir. İzah edim. Hələ 2016-cı ilin oktyabr-noyabr aylarından başlayaraq, erməni KİV-lərində xəbər yayıldı ki, 2017-ci ildə Ermənistanın hədəflərindən biri də Azərbaycanın AŞPA-da fəaliyyətini əngəlləməkdir. Azərbaycanın səsvermə hüququnu əlindən almaq və Azərbaycanı AŞPA-dan kənarlaşdırmaq olacaq. Bilirsiniz ki, son illər də AŞPA-da Azərbaycan dövləti ilə bağlı mühüm qərarlar qəbul olunub, Ermənistan əleyhinə qərarlar verilib. Keçən il ilk dəfə olaraq AŞPA-da Ermənistanın işğalçı kimi rəsmən tanınması ilə bağlı qərar qəbul edilib. Dəfələrlə Ermənistanın təşəbbüsü ilə Azərbaycana qarşı sanksiyaları nəzərdə tutan qətnamənin qəbuluna imkan verilməyib. Ermənilər hər dəfə məğlubiyyətə düçar olub. İndi ermənilər daha məkirli plan üzərində işləyiblər: Azərbaycanın AŞPA-da təmsilçiliyinin dayandırılmasına dair müraciət azərbaycanlılar tərəfindən imzalanır və adıçəkilən quruma ünvanlanır. Bu mürəciətin təşkilatçısı, maliyyələşdirilməsi bir ermənipərəst təşkilat tərəfindən həyata keçirilir! Bu, yenə də PİN (People In Need) təşkilatıdır. Heç kimə sirr deyil ki, PİN hər zaman erməni diasporasının və lobbisinin təsirin də olan bir təşkilatdır. Və hər zaman da Azərbaycan dövlətinin milli maraqlarına zərbə vurmaqla məşğul olub. " QHT sədri Niyaməddin Orduxanlı həmin 58 nəfər şəxsin kimliklərini Azərbaycan ictimaiyyətinə çatırdı :
" Şəxsi əlaqələrim vasitəsi ilə müraciət edən şəxslərin kimliklərini əldə etmişəm. Çox maraqlıdır ki, başqa vaxt adi bir hadisə olan kimi, bu şəxslər bütün media orqanların da özlərinin "qəhrəman”lıqlarından yazırlar, danışırlar. Ancaq indi kimlərin bu müraciətə imza atdıqlarını gizlədirlərvə bunu sirr kimi saxlayırlar. İstəmirlər ki, Azərbaycan xalqı və ictimaiiyyəti bu, satqınlarını tanısınlar. Mən isə, bu satqınların kimlər olduğunu hər kəsə göstərəcəm. Baxın bunlar kimlərdi : İntiqam Əliyev, Rəsul Cəfərov, Xədicə İsmayıl, Leyla Yunus, Mehman Əliyev, Ənnağı Hacıbəyli, Əsabəli Mustafayev, Xalid Bağırov, Oktay Gülalıyev, Əvəz Zeynallı, Xalid Bahadır, Qubad Bayramov, Natiq Cəfərli, Şahin Hacıyev, Fariz Namazov, Nemət Kərimli, Hafiz Babalı, Həkimeldostu Mehdiyev, Bəşir Süleymanlı, Samirə Ağayeva, Pərvin Quliyev, Zaur Əkbər, Ruslan Mustafayev, Lətafət Məlikova, Ülvi Həsənli, İlqar Tağı, İlqar Qasımov, Mehman Hüseynov, Elçin Həsənzadə, Ramiz Quliyev, Elşən Həsənov, Fərqanə Novruzova, Yaşar Ağazadə, Emin Hüseynov, Rəşid Hacılı, Əlövsət Əliyev, Təhminə Tağıyeva, Güllü Cahangirova, Cəsur Məmmədov, Lacın Məmişov, Elçin Məmmədov, Orxan Məmməd, Emin Aslanov, Fikrət Hüseynli, Arif Məmmədov, Sevinc Mirzəyeva, Qənimət Zahid, Söhrab İsmayıl, Orduxan Teymurxan, Nizami Abdullayev, İlham Həsən, İdrak Abbasov, Məlahət Nəsibova, Səbuhi Qafarov, Ərəstun Oruclu, Anar Orucov, Yaşar Cəfərli və Elçin Abdullayev. Onu da əlavə edim ki, bir gün sonra siyahı da olan bəzi şəxslər mətbuatda bildiriblər ki, onların nəyə müraciət atdıqlarından xəbərləri olmayıblar və bunun biləndən sonra imzalarından imtina etdiklərini bildiriblər. Ola bilər ki, bir neçə adamı aldadaraq bu müraciətə imza atdırıblar. "
7News.az








