RU
Niyaməddin Orduxanlı : “ Azay Quliyevə qarşı qısqanclıq var “
18:03
1321

Niyaməddin Orduxanlı : “ Azay Quliyevə qarşı qısqanclıq var “

BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı özünün facebook səhifəsin də ATƏT Parlament Assambleyasının vitse-prezidenti , millət vəkili, QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevlə bağlı status yazıb. Statusu olduğu kimi təqdim edirik.

" ATƏT Parlament Assambleyasının vitse-prezidenti postuna millət vəkili, QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevin seçilməsi Azərbaycan xalqının uğurlarından biridir. Azərbaycan tarixin də ilk dəfə bu uğura Azay Quliyev imza atıb. Belə bir vəziyyət də təəssüf ki, mediamızda olan bir sıra reketçi jurnalistin ayrı-ayrı internet saytlarında həm Azay Quliyevi, həm də QHT-lərə Dəstək Şurasını "hədəf” seçir. Aparılan kampaniyadan açıq şəkildə hiss olunur ki, bu, birbaşa sifariş əsasında təşkil olunur. Azay Quliyevin beynəlxalq qurumlar da son illər də qazandığı uğurlar və bu uğurların hesabına Azərbaycan dövlətinin və xalqının milli maraqlarını qoruması həm də erməni diasporasını və lobbisini də ciddi şəkil də narahat etmiyə bilməzdi. Millət vəkilinə qarşı ölkə daxilində qısqanclıq və maddi maraqlar səbəbin də aparılan çirkli kampaniya daha çox erməni diasporasının maraqlarına cavab verir. Ölkə də fəaliyyət göstərən 5-ci kalonun nümayəndələri bu cür yazılardan məharətlə istifadə edirlər və bu yazıları Azərbaycan milli maraqlarına hər zaman zərbə vuran bir sıra beynəlxalq təşkilatlara ötürürlər.
 
Bu gün hər kəs şahiddir ki, Şura başqa bir çox dövlət qurumları ilə müqayisədə daha çox şəffaf fəaliyyət göstərir, çevikliyi ilə seçilir, milli və dövlət maraqlarına öndə tutur və əksər QHT-lər üçün əlçatandır.  İl ərzində qalib gələn QHT-lərin siyahısına baxanda bəlli olur ki, QHT Dövlət Dəstəyi Şurası daha çox peşəkarlığa, mövzunun aktullağına və layihənin cəmiyyət və dövlət üçün verdiyi xeyirə önəm verir. Qalib QHT sədrlərinin müxalifəti müdafiə etmələri, iqtidarı dəstəkləmələri və ya müstəqil olmaları Şura üçün heç bir rol oynamır Və bu Şura bu, məsələ də heç kəsə ayrı seçkilik qoymur. Siyasi mənsubiyyətindən aslı olmayaraq hər kəs uğurlu layihə ilə Şura tərəfindən dəstək qazana bilir. Bu, bir həqiqətdir.
 
ATƏT PA-da yüksək vəzifə tutmasına qisqanc münasibətin olması üzücüdür. Beynəlxalq məkanda irəliyə bir Azərbaycan övladı çıxırsa, onun daha da yüksək mövqeyə çıxaraq ölkəmizə fayda verməsini dəstəkləmək əvəzinə, ona necə mane olmaq istiqamətində addımlar atılmasının hansı yanlış düşüncədən qaynaqlandığını sezməmək olmur.  Reket jurnaslitikanın bu məsələ də öz maraqları olmaqla yanaşı,  bir sıra şəxslər də bu məsələ də maraqlıdırlar. Bunu isə açıq şəkildə hiss etmək olur...”
 
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ