RU
Niyaməddin Orduxanlı: “Azərbaycanda 70 QHT-ə 200 milyon manatdan artıq vəsait ayırıblar”
09:05
917

Niyaməddin Orduxanlı: “Azərbaycanda 70 QHT-ə 200 milyon manatdan artıq vəsait ayırıblar”

Dünən Bakıda "QHT-lərə dair Azərbaycan qanunvericiliyi və praktikasının Avropa standartlarına uyğunlaşdırılması" adlı konfransı baş tutub. Konfransda çıxış edən Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard açıqlama verib ki, son 10 ildə Avropa İttifaqı Azərbaycanın 70 qeyri-hökumət təşkilatına 90 milyon avro qrant ayırıb.
Bu haqda 7News.Az saytına açıqlama verən BAXCP sədrinin müavini, QHT sədri Niyaməddin Orduxanlı bildirib ki, Avropa İttifaqının nümayəndəsinin bu açıqlaması çox ciddi bir hadisədir və bu vəsait 70 QHT arasında bölüşdürülüb: "Xanım Malena Mard çıxışında dedi ki, 90 milyonluq avro, yəni 200 milyon manatdan artıq bir vəsaiti Azərbaycanda fəaliyyət göstərən QHT-lərə qrant şəklində verilib. Bilirsiniz ki, Azərbaycanda rəsmən qeydiyyatdan keçən 3000-dən artıq QHT fəaliyyət göstərir. Belə olan halda niyə məhz bu qədər vəsaiti yalnız 70 QHT-ə ayırıblar? Hansı kriteriyanı əsas gətiriblər ki, bu, vəsait yalnız bunlara ayırılmalıdır?! Ən vacib sual budur ki, bu, 70 təşkilat hansılardır?! Göründüyü kimi, çox ciddi suallar var. Artıq bu gün ölkənin çox tanınmış jurnalistləri, Azər Ayxan, QHT sədri Novella Cəfərova bu məsələ ilə bağlı sosial şəbəkədə öz münasibətini bildiriblər. Azər bəy yazıb ki, "tam bir yeyinti, saxtakarlıq layihəsidir. Hansı QHT kənddə yaşayan neçə qadının işlə təmin olunmasına yardım göstərib?! Rəqəm açıqlasınlar, biz də bilək. Ən əsası, bu korrupsiya layihəsindən pul silən QHT-lər desinlər görək hansı jurnalistə treninq keçiblər? "Yeni Müsavat" media qrupunda 10-larla jurnalist çalışır, son illər onların hansısa treninqə dəvət edildiyini xatırlamıram. Demək ki, mənim, sənin, onun adıyla bu qeyri-hökumət lotuları milyonlarla pul silir. Sonra da bizi bəyənmirlər, absurd məsələlərdə ittiham edirlər. Novella xanım da açıqlamasında qeyd edib ki, bu, 90 milyon deyil, 19 milyon avro olub...”

Niyaməddin Orduxanlının sözlərinə görə, Azərbaycan cəmiyyəti maraqlı olmalıdır ki, bu qədər vəsait kimin hesabına köçürülüb və hansı məqsədlər üçün. Göründüyü kimi, əgər ölkənin məşhur jurnalistləri, QHT-sədrlərinin bununla bağlı heç bir məlumatı olmayıbsa, deməli, bu vəsaitlərin hansı təşkilatlara ayırılması ciddi şəkildə araşdırılmalıdır. 70 QHT adları bir-bir cəmiyyətə təqdim olunmalıdır. Bunun üçün ölkənin media qurumları araşdırma kimi Avropa İttifaqınına sorğu göndərib, cavab almalıdır. Məncə, Avropa İttifaqı da maraqlı olamalıdır ki, bu təşkilatların kimliklərini Azərbaycan cəmiyyətinə çatdırsın...”

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ