RU
Niyaməddin Orduxanlı deputatlığa namizəd oldu
11:22
946

Niyaməddin Orduxanlı deputatlığa namizəd oldu

“BAXCP İdarə Heyətinin qərarı ilə deputatlığa namizədliyim 44 saylı Sumqayıt-Xızı seçki dairəsindən irəli sürüldü. Artıq bu gün BAXCP-nin səlahiyyətli nümayəndəsi tələb olunan sənədləri 44 saylı Sumqayıt-Xızı Dairə Seçki Komissiyasına təqdim edib və sənədlərin qəbul olunması ilə bağlı arayış alıb”.   Bunu 7News.az-a BAXCP sədrinin siyasi və ictimai məsələr üzrə müavini Niyaməddin Orduxanlı deyib. Onun sözlərinə görə, bundan sonra Dairə Seçki Komissiyasının qərarını gözləyəcək: "Qanunla 5 gün müddətində baxılmalıdır. İmza vərəqəsi verilən günü imza toplama kampaniyasını aparacağıq. BAXCP-nin Sumqayıt şəhərində çox güclü bazası var. İnanıram ki, qısa müddət ərzində  tələb olunan 500 imzanı toplayacağıq.”   Qeyd edək ki, 44 saylı Sumqayıt-Xızı seçki dairəsindən YAP-ın namizədi Əsgərov Nurlan Bəşir oğludur. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ