RU
Niyaməddin Orduxanlı:
17:00
1040

Niyaməddin Orduxanlı: "Əli Kərimli düz deyir"

“Əslinə qalsa, Əli Kərimli düz deyir. Niyaməddin Orduxanlı Əli Kərimli kimi siyasi “meyidlərin” qəbrini qazmaqla məşğuldur. Mənim MSK təyin olunmamığımın Əli Kərimli ilə nə əlaqəsi?! Mən müxalifət nümayəndlərini təmsil edirəm. Bunu çox yaxşı bilirlər. Özlərini gülünc vəziyyətə qoyublar. Mənim namizədliyimi də müxalifət partiyası irəli sürüb.” “ “Azadlıq” qəzetində və sosial şəbəkədə haqqımda yazılan yazıları başqa imzalarla birbaşa Əli Kərimlinin özü yazır. İşi- gücü olmayan bir adamdır. Bekarçılıqdan edir. Əslinə qalsa, Əli Kərimli düz deyir. Niyaməddin Orduxanlı Əli Kərimli kimi siyasi “meyidlərin” qəbrini qazmaqla məşğuldur.” Bu acıqlamanı BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı son günlər “Azadlıq” qəzetində Mərkəzi Seçki Komissiyasına müxalifətin əvəzedici üzv təyin olunması ilə bağlı gedən yazılara münasibət bildirərkən deyib. Onun sözlərinə görə , yazılan yazıların heç bir əsası ola bilməz:” Əli Kərimlinin növbəti böhtan maşını işə düşüb. Bunların mahiyyəti budur. Düşüncələri bura qədərdi. Mən düz 20 ilə yaxındır ki, Əli Kərimlini öz lideri Əbülfəz Elçibəyə , dostlarına, silahdaşlarına və tələbə yoldaşlarına xəyanət etməsindən bəhs edirəm. Bunu siyasətlə məşğul olan və hər gün mətbuatı oxuyan, televiziyanı izləyən, sosial şəbəkə istifadəçiləri də görür, izləyir. İndi mən edim ki, Əli Kərimli Qarabağ məsələsində də ermənilərin maraqlarından çıxış edir! Susum? Əli Kərimli onu görmüyəcək! Bu cür şantajları ilə heç bir nəticə əldə edə bilməz. Mənim MSK təyin olunmamığımın Əli Kərimli ilə nə əlaqəsi?! Mən müxalifət nümayəndlərini təmsil edirəm. Bunu çox yaxşı bilirlər. Özlərini gülünc vəziyyətə qoyublar. Mənim namizədliyimi də müxalifət partiyası irəli sürüb. Və namizədliyim irəli sürüləndə onda hələ Əli Kərimli erməni mətbuatında görünmürdü. Erməni mətbuatı da onun fikirlərini ölkənin bir nömrəli xəbərinə çevirməmişdi. Heç Qarabağ da irimiqyaslı döyüşlər getmirdi. Bunları bilərəkdən, insanları çaşdırmaqla məşğul olur, Əli Kərimli. Özünün “qəhrəman” obrazını yaradır. Bir qrup gənclərin və QHT sədrlərinin etrazınından siyasi “şousunu” düzəldir. Mən ona bir daha xatırlatmaq istəyirəm ki, mənim hansı mövqeyimdən aslı olmayaraq , kim bu, dövlətin əleyhinə olacasa, hər zaman kəskin mövqeyimlə onların qarşısında olacam! Çünki mənim mövqeyim birmənalıdır. Qənimət Zahidin sosial şəbəkədə mənim şəkillərimi yaymağına gəldikdə isə, gündə 40 baqqal pivə içən adamdan nə gözləyək? Yəqin kefli olur. Ayılanda nə iş gördüyünü belə xatırlamır. ”

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ