"Radikal müxalifətin susqunluğu indiki siyasi vəziyyətlə bağlı deyil. Bu qüvvələr yalnız seçki dövrünə 2-3 ay qalmış siyasi aktivlik nümayiş etdirirlər. Bu da bir çox hallarda beynəlxalq təşkilatların təsiri, göstərişi ilə baş verir”. Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədrinin müavini Niyaməddin Orduxanlı deyib.
Onun sözlərinə görə, hətta bir -birinə patoloji nifrət edən Əli Kərimli ilə İsa Qəmbər seçki gününə qədər bir siyasi blok altında fəaliyyət göstərirlər: "Son seçki isə 2013-cü il prezident seçkiləri olub. Həmin vaxtdan bu günə kimi, bu qüvvələr özlərini yalnız sosial şəbəkə də görürlər. Bəllidir ki, cəmiyyətdə ciddi dəstəkləri yoxdur. Bu gün 2 milyondan artıq şəxs "facebook”da və digər sosial şəbəkələrdə fəaliyyət göstərirlər. Bu qüvvələr, xüsusən də Əli Kərimli "facebook”da pul xərcləyərək özünün reklamını yayır. Bilirsiniz ki, "facebook” həm də pullu bir saytdır. İstənilən şəxs ABŞ dolları ödəməklə özünün yazdığı statusları və fəaliyyətini yaya bilər. Əli Kərimli də ən çox pullu reklamdan istifadə edir. Bu şəxslər əsas siyasi fəaliyyətini sosial şəbəkə də qurublar. Yəqin ki, 2018-ci il prezident seçkilərində yenə bir araya gəlib, beynəlxalq təşkilatlardan maliyyə qoparmaq üçün seçkiyə qatılacaqlar. Bunlar üçün əsas olan nəticə deyil, fürsətdən istifadə edib, pul qazanmaqdır”.
7News.az








