RU
Niyaməddin Orduxanlı Əli Kərimlinin saxta partiya arayışının satılmasına dair sənədlərin mənbəyini göstərdi
18:07
3773

Niyaməddin Orduxanlı Əli Kərimlinin saxta partiya arayışının satılmasına dair sənədlərin mənbəyini göstərdi

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı bir neçə gün bundan qabaq özününün 50 000 izləyicisi olan facebook səhifəsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli ilə “Azərbaycan saatının” müxbiri, Hollandiyada yaşayan Fikrət Hüseynlinin birləşib Azərbaycan vətəndaşlarına xarici ölkələrə “siyasi sığınacaq” statusu almaq istəyənlərə saxta partiya arayışının satılmasına dair sənədlər yaymışdı.

Niyaməddin Orduxanlı bu gün növbəti dəfə özünün facebook səhifəsində Fikrət Hüseynlinin həm saxta partiya arayışı alan Vüqar Əzizovla aralarında olan səs yazısını, həm də əldə etdiyi sənədlərin və videonun mənbəyini göstərib: “ Hörmətli dostlar məndən soruşurlar ki, keçən dəfə ki, statusum da Əli Kərimli ilə Fikrət Hüseynlin birləşib 3000 avroya Əzizov Vüqar Əlverdi oğluna AXCP-nin Nizami rayon şöbəsinin üzv olmasına dair əldə etidyi arayışı , Fikrət Hüseynlinin Latviyadakı Bank hesabına dair sənədi və digər səndələri necə əldə etmişəm? Sizə deyim. Çox sadə. İstənilən şəxs “Evro Asiya News” saytına daxil olub, 3 uyun 2016-ci il tarixli “Avropada insan ticarəti qacakcılığı ilə məşğul olan saxta müxalifətçilər” yazsını oxuyun. Və yaxud da facebook istifadəçisi olan Gabil Rzayevin səhifəsinə daxil olub həmin bu sənədlərlə sizlər də yaxından tanış ola bilərsiniz. Aşağıda yaydığım Fikrət Hüseynlinin Vüqar Əzizovla telefona pulu Lativiyadakı hesab nömrəmə köçürülmsə fikiri də həmin mənbəyə əsaslanır. Sadəcə, görünün budur ki, bütün bunlar həqiqətdir! Əli Kərimli heç vaxt real müxalifət olmayıb və bu insan özü üçün “radikal müxalifət” imici qazanıb sadə insanlardan pul qoparıb. Artıq bütün bunlar sənədlərə, sübutlarla öz təsdiqini tapır. Ən maraqlısı da odur ki, Vüqar Əziziov da arayışın həqiqətən də AXCP tərəfindən verildiyini və bu arayışı Azər Qədirov adlı şəxs onun telefonun yaddaşından götürüb sayta yerləşdirdiyini təsdiq edir. Yaxudda YouTebe daxil olub “Ali kerimovun finansmani fikret huseynovun avraopadaki insan alveri” tapıb baxa bilərsiniz. Sadəcə, mənim bu statusum ona həsr olunur ki, sadə insanlar Əli Kərimlinin , Qənimət Zahidin, Natiq Ədilovun , Fikrsət Hüseynlinin və digər şəxslərin toruna düşməsinlər. Bu adamlar əsas məqsədi sizləri aldatmaqdır və sizlərə “xarici ölkədə yaşaya bilərsiniz” fikiri təblığ etməkdə məqsədləri öz çirkin siyasətlərinə qurban vermək, həm də sizlərdən pul qazanmaqdır. Əli Kərimli həmişə öz maraqlarına xidmət edib!”.

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ