RU
Niyaməddin Orduxanlı:
20:23
903

Niyaməddin Orduxanlı: "Ermənistanla danışıqlara son qoyub müharibə etməliyik”

Rusiyanın maraqlarının nədən ibarət olduğunu bilməliyik. Azərbaycanın müstəqliyininə zərər vurmadan Rusiyanın maraqlarını təmin edib Qarabağı qaytarmalıyıq. Uzun illərdi ABŞ qoşunları Türkiyədədir, bu, Türkiyənin müstəqliyyinə təhlükə yaradıbmı? Xeyr! 

BAXCP sədrinin müavini, QHT sədri Niyaməddin Orduxanlının 7news.az saytına müsahibəsi. 

-Hər dəfə Ermənistanda seçki prosesləri - siyasi hadisələr yaşanmazdan öncə Azərbaycan mediasında nəticənin bundan sonrakı dövrdə danışıqlar prosesinə necə təsir edəcəyi ilə bağlı müzakirələr aparılır. Amma görünən odur ki, Ermənistanda bütün proseslər Rusiyanın ssenarrisinə uyğun həyata keçirilir.
20 əsrə qədər dünyada Ermənistan adında ölkə olmayıb. Ermənistan Rusiyanın yaratdığı bir kaloniya ölkəsidir. Qafqazda öz maraqlarını gücləndirmək üçün Azərbaycan torpalarından yaranmış bu ölkə hər zaman Rusiyanın nəzarəti altında olub. Bir sözlə, Ermənistan Rusiyanın forpostudur. Ermənistan siyasi rəhbərliyin hakmiyyətinin dəyişikliyini də Rusiya iradəsi ilə baş verir. Rusiyadan gizli Ermənistanın o zamankı rəhbərliyi, Dəmirçiyan danışıqlar aparmışdı və onun da aqibəti çox pis oldu. Günün günorta çağı spikeri, baş naziri parlamentin binasın da qətlə yetirdilər. Bir daha Rusiya bütün dünya göstərdi ki, Rusiya iradəsi olmadan Ermənistanın hər hansı bir addım atması qeyri-mümkündür. 


-Azərbaycan Qarabağla bağlı Rusiya ilə hansı formada danışıqları davam etdirməlidir? 

Azərbaycan siyasi rəhbərliyi Ermənistanla danışıqlara son qoyub və bütün beynəlxalq təşkilatkarı məlumatlandıraraq dərhal müharibə əməliyyatlarına başlamalıdır. Biz bir partiya olaraq hər zaman bəyan etmişik ki, Ermənistanla danışıqlar aparmaq, sadəcə, vaxt itkisindən başqa bir şey deyil. Danışıqlar yalnız Rusiya ilə aparılmalıdır. Rusiyanın maraqlarının nədən ibarət olduğunu bilməliyik. Rusiyanın Azərbaycan da maraqlarını nəzərdə keçirməliyik. Bu maraqlar, Azərbaycanın suvernliyinə, müstəqliyinə heç bir təsir etmirsə, söhbət Rusiyanın iqtisadi maraqlarına cavab verirsə, buna Qarabağ naminə getmək olar. Bütün beynəlxalq qurumlar da çox yaxşı bilir və bəyan edir ki, Qarabağ konfiliktinin həllin də Rusiya ilə razılaşmalısınız. Hətta bizim liderimiz Qüdrət Həsənquliyev açıq şəkildə bəyan etmişdir ki, Rusiyanın Azərbaycan da Qəbələ RLS nümünəsin də hansısa bir hərbi bazasının da olmasına razı ola bilərik. Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycanın müstəqliyinə hər hansı bir təhlükə olmadığı təqdirdə. Digər tərəfdən bir misal çəkim. Uzun illərdi ki, ABŞ, NATO-nun hərbi bazası Türkiyənin ərazisindədir. Bu halda Türkiyənin müstəqliyinə hər hansı bir təklükə olurmu?! Ümümiyyətli Türkiyə müstəqil dövlət sayılırmı? Türkiyəyə hər hansı bir təhlükədən söhbət gedə bilməz. Odur ki, bu nöqtəyi-nəzərdən Azərbaycan da Rusiyanın maraqlarını nəzərə alsaq və Rusiyanın Azərbaycan müharibə etidiyi təqdirdə neytrallığını təmin etsək, çox qısa müddətdə Qarabağı tam azad edə bilərik. Necə ki, bunu 2016-cı il aprel döyüşlərin də edə bildik. 

Beynəlxalq təşkilatları Ermənistan keçirilən parlament seçkilərində olunan saxtakarlığa göz yummaqda qımamısınız...

-Bəli, açıq şəkilə beynəlxalq təşkilatların Ermənistanda total saxtakarlığa susmasının şahidi olduq. İki gündür keçib səsləri gəlmir.  Ermənistan mətbuatın da yayılan xəbərlərdən və seçki məntəqələrin də görüntülü kameralarla müşahidə etmək olurdu ki, seçki necə qanun pozuntuları ilə aparılır. Bütün dünya prezident Sərksiyanın özünün səsvermə məntəqəsin də hansı vəziyyətə düşdüyünün və biabır olduğunun şahidi oldu. Ölkənin prezidentinin şəxsiyyət vəsiqəsini özlərinin gətirdiyi aparat tanımırdı. Sərksiyan ikinci pasportu ilə səs verdi. Ancaq diqqət çəkən məqam odur ki, Avropanın və Qərbin seçkini müşahidə edən beynəlxalq təşkilatlar hələ də Ermənistan baş vermiş seçki saxtalaşdırılmasına susur.  Hətta deyilənə görə, ilkin bəyanatları o olub ki, beynəlxalq təşkilatların rəyləri ilə MDB müşahidəçilərin rəyləri ilk dəfədir ki, eynilik təşkil edir. Hər kəs bilir ki, Sərkisiyan bir səhra kandiridir. Qarabaş döyüşlərin də iştirak edən başkəsən, qaniçən bir terrorçudur. Onun keçirdiyi seçkidən də heç kimin demokratik gözləntisi yoxdur. İlk dəfə prezident kürsüsünə əyləşən Sərksiyan onlarla dinc erməni vətandaşını qətlə yetirmişdi. Etiraz aksiyasına çıxan vətəndaşları güllələməkdən belə çəkinməmişdi. Sadəcə, bu, fakt onu deməyə əsas verir ki, heç də beynəlxalq təşkilatların qeyd etidyi kimi, azad seçki şüarı prinsiplərinə sadıq deyillər. Seçkidən bir gün keçməsinə baxmayaraq tanımış qurumlar səslərini çıxartmırlar. Ermənistana öz sevgilərini gizlətmirlər də. Beynəlxalq təşkilatlar bir çox hallarda Ermənistana görə, Rusiyanın apardığı siyasəti dəstəkləyirlər. Bu, bir daha sübut olundu...

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ