RU
Niyazi Bayramov Gəncədə küçədə tapılmış körpəyə baş çəkib - FOTO (ÖZƏL)
11:55
185

Niyazi Bayramov Gəncədə küçədə tapılmış körpəyə baş çəkib - FOTO (ÖZƏL)


Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bir neçə gün əvvəl küçədə tapılmış körpəyə baş çəkib. 7NEWS.az-ın  yerli bürosunun verdiyi məlumata görə,  körpənin sağlıq vəziyyətinin nəzarətdə saxlanılması üçün "Gəncə Şəhər Birləşmiş Xəstəxana” publik hüquqi şəxsə müvafiq tapşıqlar verib. Eyni zamanda, Gəncə Şəhər Baş Polis İdarəsi tərəfindən uşağın valideynlərinin ən qısa zamanda tapılması istiqamətində tədbir görülməsinin vacibliyini vurğulayıb. Bununla yanaşı, azyaşlının zəruri ehtiyaclarının qarşılanması  üçün lazımi ləvazimatlar şəhər rəhbərliyi tərəfindən təmin edilib.
Xatırladaq ki, 5-6 aylıq qız uşağı şəhərin A.Ziyadxanov küçəsində yerləşən 18 nömrəli tam orta məktəbin qarşısında çantanın içində aşkarlanıb. Hüquq mühafizə orqanlarının əməkdaşları körpəni Gəncə Şəhər Uşaq  Xəstəxanasına yerləşdiriblər. Hazırda Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində körpənin valideynləri barəsində araşdırmalar davam etdirilir.
No description available.
No description available.
No description available.
No description available.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ