Ağ ciyər qabırğaların içində bir torba kimi yerləşir. Nəfəs aldığımız zaman bu torbalar içərilərinə ala bildikləri qədər hava qəbul edərkən şişirlər. Sinəmizi mədəmizdən ayıran və ağ ciyərlərimizin altına bitişik böyük bir əzələ olan diafraqma, büzüşərək ciyərlərimizin genişlənməsini təmin edir və nəfəs almağımıza kömək edir.
Sürətlə yemək yeydiyimiz zaman udqunma nəticəsində yemək ilə birlikdə bir miqdar da hava udmuş oluruq. Hıçqırıq, qidanın səthinə yapışaraq, həzm sisteminə daxil olan bu havanı kənarlaşdırmaq üçün sistemin göstərdiyi reaksiyadır. Diafraqma sürətlə büzüşərək, çox ani və sürətli nəfəs almağımızı təmin edir. Bu zaman boğazımız üst tərəfində, səs tellərinin yerləşdiyi hissədə bir qapanma baş verir və buradan keçən hava bir anlıq sanki bloklanır. Bu da "hık" şəklində bir səsin çıxmasına səbəb olur.
7News.az








