Böyük Azərbaycan mütəfəkkiri Nizami Gəncəvinin Xudat şəhərindəki abidəsi yazılarla təhqir olunur.
Dahi şairin abidəsi yerləşən parkın ərazisi də baxımsız vəziyyətdədir. Ətrafda ölmüş it cəsədi, natəmiz görüntü diqqət çəkir.
Media.Az sakinlərdən birinin bu barədə çəkdiyi videonu təqdim edir:
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev 2021-ci ili ölkədə Nizami Gəncəvi İli elan edib. Bu qərar böyük klassik ədəbi məktəbin banisi olan möhtərəm şair və mütəfəkkirin 880 illik yubileyi ilə əlaqədar olaraq qəbul edilib.








