7News.az xəbər verir ki, İraq parlamenti Nizar Amedini ölkənin yeni prezidenti seçib. Parlamentdə keçirilən səsvermədə Kürdüstan Vətənpərvərlər Birliyinin (KYB) namizədi Nizar Amedi (58) 329 nəfərlik parlamentdə keçirilən səsvermənin ikinci turunda 227 səslə prezident seçilib. Ümumilikdə 229 deputat səs verib. İraqda 2003-cü ildən sonra qurulan siyasi tənliyə görə, prezident kürd partiyalarının namizədləri arasından seçilir. Bu vəzifəyə Kürdüstan Demokrat Partiyası (KDP) hazırkı xarici işlər naziri Fuad Hüseynin, Kürdüstan Vətənpərvərlər İttifaqı (KYB) isə Nizar Amedinin namizədliyini irəli sürüb. Bu vəzifə üçün KDP və KYB namizədləri də daxil olmaqla cəmi 17 nəfər mübarizə aparıb. Amedi and içərək vəzifəsinin icrasına başlayıb. Konstitusiyaya görə, prezidentin səlahiyyət müddəti 4 ildir. Eyni prezident yalnız bir dəfə yenidən seçilə bilər. Konstitusiyaya görə, prezident seçildikdən sonra 15 gün ərzində parlamentdəki ən böyük blokun (şiə) namizədinə hökuməti qurmağı tapşırmalıdır. İraqda parlament seçkiləri 2025-ci il noyabrın 11-də keçirilib. Ölkədəki siyasi fikir ayrılıqları səbəbindən yeni hökumət hələ formalaşmayıb.








