Nobel Sülh Mükafatlı filippinli jurnalist Ressa vergidən yayınma ittihamı ilə mühakimə olunduğu iddiada bəraət qazanıb.
7NEWS.az xəbər verir ki, Filippinli jurnalist və Rappler xəbər saytının yaradıcısı Maria Ressa vergidən yayınma ittihamı ilə mühakimə olunduğu iş üzrə bəraət qazanıb. 2021-ci ildə Nobel Sülh Mükafatını qazanan Maria Ressa qərardan sonra verdiyi açıqlamada ona qarşı ittihamların "əsasən qanunun aliliyi ilə bağlı olması" səbəbindən bəraətinin "işgüzar dairələr üçün yaxşı siqnal" olduğunu bildirib.
7NEWS.az








