RU
Nobel mükafatlarının qalibləri bəlli oldu
10:50
24

Nobel mükafatlarının qalibləri bəlli oldu


7NEWS.az xəbər verir ki, İsveçin paytaxtı Stokholmdakı Stokholm Konsert Salonunda keçirilən mərasimdə fizika, kimya, tibb, ədəbiyyat və iqtisadiyyat sahələrində verilən 2023-cü il Nobel mükafatları təqdim edilib. Fizika üzrə Nobel mükafatı maddədəki elektron dinamikasının tədqiqi üçün attosaniyəlik işıq impulsları yaradan eksperimental üsullara görə prof. Pierre Agostini, Prof. Dr. Ferenc Krausz və Prof. Anne L'Huillierə verildi. Kimya üzrə Nobel mükafatı kvant nöqtələrinin kəşfi və onları necə düzəltmək işlərinə görə Moungi Bawendi, Louis Brus və Aleksey Yekimov-a verilib. Tibb üzrə Nobel Mükafatı Katalin Kariko və Drew Weissmana COVID-19-a qarşı effektiv mRNT peyvəndlərinin hazırlanmasına imkan verən nukleozid bazası modifikasiyalarının kəşflərinə görə verilib. Ədəbiyyat üzrə Nobel Mükafatı Norveç yazıçısı Con Fosseyə innovativ pyeslərinə və izaholunmazları söyləyən nəsrinə görə verilib. Fosse, Norveçin iki yazılı dil formasından biri olan Nynorskda yazan ilk Ədəbiyyat üzrə Nobel Mükafatı laureatı kimi qeyd olunur.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ