2002-ci ildə İqtisadiyyat üzrə Nobel Mükafatını qazanan yazıçı və psixoloq Daniel Kahneman 90 yaşında vəfat edib.
7NEWS.az xəbər verir ki, İsrail əsilli amerikalı yazıçı və psixoloq Daniel Kahnemanın dünyasını dəyişdiyi açıqlanıb. 90 yaşında dünyasını dəyişən Kahnemanın ölüm xəbərini onun ögey qızı Debora Treysman açıqlayıb. O, ölüm səbəbi və martın 27-də dünyasını dəyişən Kahnemanın harada öldüyü barədə açıqlama verməyib.
7NEWS.az








