RU
Norveç hidrogenlə işləyən dünyanın ən böyük gəmilərini inşa edəcək
17:00
22

Norveç hidrogenlə işləyən dünyanın ən böyük gəmilərini inşa edəcək


Norveç 117 metr uzunluğunda və 120 avtomobil tutumlu dünyanın ən böyük hidrogenlə işləyən gəmilərini inşa edəcək. Gəmilərin 2026-cı ildə təhvil verilməsi planlaşdırılır.

7NEWS.az xəbər verir ki, Norveçin Myklebust Verft gəmiqayırma zavodu Torghatten Nord gəmiçilik şirkətinin sifarişi ilə hidrogenlə işləyən iki bərə tikintisini öhdəsinə götürəcək. Bu gəmilər Norveçin ən uzun bərə marşrutunda 120-yə qədər avtomobil daşımaq üçün nəzərdə tutulacaq. Myklebust-a görə, gəmilər Bodo və Lofoten şəhərlərini birləşdirəcək və Bododa yerli istehsal olunan hidrogenlə hərəkət edəcək. Gəmilər təhvil verildikdə hidrogenlə işləyən dünyanın ən böyük gəmiləri olacaq.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ