Norveç Rusiyanın Oslodakı səfirliyinin 15 əməkdaşını arzuolunmaz şəxs elan edib.
7NEWS.az xəbər verir ki, Norveç Xarici İşlər Nazirliyinin mövzu ilə bağlı açıqlamasında Rusiya səfirliyinin əməkdaşları "diplomatik statusları ilə uyğun gəlməyən” fəaliyyətlər həyata keçirən "15 kəşfiyyat orqanı işçisi” olaraq təyin edilib.
Digər tərəfdən, Rusiya Xarici İşlər Nazirliyi Oslonun bu addımına "uyğun cavab" veriləcəyini açıqlayıb.
7NEWS.az








