Bildirilib ki, Norveç Hollandiya və Danimarkadan sonra Ukraynaya F-16 döyüş təyyarələri verməyə qərar verib.
7NEWS.az xəbər verir ki, Norveç mediası NRK və TV2-nin mövzuya yaxın mənbələrə əsaslanaraq verdiyi xəbərdə Norveçin Ukraynaya F-16 döyüş təyyarələri göndərəcəyi bildirilib. Mövzu ilə bağlı hələlik rəsmi açıqlama verilməyib. Norveç Hollandiya və Danimarkadan sonra bu təyyarələri Ukraynaya göndərən üçüncü ölkə olacaq.
Digər tərəfdən Norveçin baş naziri Jonas Gahr Store Ukraynaya rəsmi səfər edir.
7NEWS.az








