7NEWS.az xəbər verir ki, arxeoloqlar Fransadakı Notr-Dam Katedralində apardıqları qazıntılar zamanı mühüm kəşf ediblər. 2019-cu ildə baş verən yanğından sonra işə başlayan arxeoloqlar kilsənin altından tapdıqları tabutlardan birindəki skeletin kimliyini müəyyən ediblər. Son araşdırmalar nəticəsində bu skeletin məşhur Fransız İntibah dövrünün şairi və tənqidçisi Yoahim du Bellaya aid olduğu müəyyən edilib.








