RU
Novak Azərbaycan qazını Rusiyaya rəqib hesab etmir
20:35
1542

Novak Azərbaycan qazını Rusiyaya rəqib hesab etmir

“TAP Avropa üçün kifayət qədər cüzi həcmdir”.

Transadriatik boru kəməri (TAP) layihəsi Rusiya qazının Avropanın cənubuna tədarükünə rəqib deyil.

7news.Az İnterfaks-a istinadən xəbər verir ki, Rusiyanın energetika naziri Aleksandr Novak belə hesab edir.

“TAP Avropa üçün kifayət qədər cüzi həcmdir. Həcmlər hazırda 10 mlrd. kubmetrdən çox deyil və o da 2019-cu ilə perspektivlə. Buna görə də, avropalı istehlakçıların daha çox qaz həcmləri və tədarük marşrutlarının şaxələndirilməsinə ehtiyacları var”, - deyə, o, jurnalistlərə bildirib.

“Hətta bu layihə həyata keçirilsə belə, o, bizim yunan və italyan tərəfdaşlarımızla danışdığımız layihənin həyata keçirilməsi zərurəti və imkanlarını istisna etmir”, - deyə, nazir əlavə edib.

Qeyd edək ki, TAP layihəsi “Şahdəniz” yatağından “Mərhələ-2” çərçivəsində çıxarılacaq qazın Yunanınstan və Albaniyadan keçməklə Qərbi Avropaya nəqli üçün nəzərdə tutulub.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ