14 mart 2017-ci il tarixində Abşeron rayon Xırdalan şəhər 10 nömrəli tam orta məktəbdə Novruz bayramına həsr olunmuş bayram tədbiri keçirilmişdir.
Tədbir Vüqarın "Yalli "musiqisinin sədaları altında şagirdlərin zala daxil olması ilə başlamışdır. Aparıcı "Bayramınız mübarək,əziz,hörmətli qonaqlarımız.Əziz müəllimlərimiz ,şagirdlərimiz.İnsanları baharın gəlməsi, təbiətin oyanması, həyatın canlanması ilə müjdələyən Novruz bayramı ən qədim dövrlərdən bəri xalqımızın sevinc, şadlıq bayramı olmuş, tarixən müxtəlif dövrlərdə təyziqlərə məruz qalmasına baxmayaraq, bu günümüzə qədər gəlib çatmışdır."Bu milli bayramın indi belə dövlət səviyyəsində qeyd edilməsi Azərbaycanın müstəqil siyasətinin bəhrələrindəndir”. Ümummilli lider Heydər Əliyevin Novruz bayramı haqqında söylədiyi bu dəyərli fikirdə Novruzun bütün türkdilli xalqların bayramı olduğu vurğulanır. Novruz bayramının yaşının dünyanın yaşı ilə bərabər tutanlar səhv etmirlər. Çünki bu bayramda məhz ən qədim adət-ənənə, inancların, folklor nümunələrinin izini müşahidə etmək mümkündür.”sözləri ilə tədbiri açıq elan etmişdir. Tədbirdə şagirdlər öz bacarıqlarını göstərdilər.Uşaqlar çərşənbələri həm azərbaycan,həm ingilis dilində səhnəcik şəklində hər kəsə tanıtdırmağa nail oldular.Xalq mərasimlərindən olan Hakıştalar səsləndi.Bulaq başında oğlanlarla qızların deyişməsi,O olmasın,bu olsun filmindən bir tamaşa,rəqs,Bayram rəqsi,qızların ifasında Novruz gəlir mahnısı,şeirlər,Arşın malalan filmindən tamaşa,Sarı gəlin rəqsi,Kosa,Keçəl,Bahar qız... Tədbir öz rəngarəngliyi ilə şagirdlər,müəllimlər,həm də valideynlər tərəfindən çox bəyənilmişdir. Sonda söz məktəbin direktoru Həsənova Elnarə Faxrət qızına verildi.Elnarə xanım hər kəsi həm ilaxır çərşənbəsi,həm də Novruz bayramı münasibətilə təbrik etdi.Tədbiri çox bəyəndiyini,tədbiri təşkil edən tarix müəllimi Səfərova Səkinə,riyaziyyat müəllimi Rəşidova Şahnaz,biologiya müəllimi Quliyeva Vüsalə,ingili dili müəllimi Əliyeva Əminə müəlliməyə öz təşəkkürünü bildirdi.














