Soyqırım, bəşər tarixinin hansı dövründə baş verməsindən asılı olmayaraq, dinc insanlara divan tutaraq qətlə yetirmənin ən dəhşətli formasıdır.
7news.Az-ın məlumatına görə, bunu Prezident Administrasiyası rəhbərinin müavini, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov "Facebook” səhifəsində yazıb.
"Belə bir vəhşiliyi 21-ci yüzilliyin astanasında özlərini bir əsrdir soyqırım "qurbanı” kimi təqdim etməyə cəhd göstərən ermənilərin həyata keçirməsi isə həmçinin onların faciəsidir. Bu soyqırım damğasını erməni tarixi daim daşıyacaq”, - deyə N. Məmmədov qeyd edib.
7news.Az








