Azərbaycanın Baş naziri Novruz Məmmədov Bakının "Ekspo 2025” Ümumdünya Sərgisinə namizədliyi münasibətilə keçiriləcək təqdimat mərasimində iştirak etmək üçün Fransanın paytaxtı Paris şəhərinə səfərə yola düşüb.
Bu barədə 7news.Az-a Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, N.Məmmədov aprelin 21-də Azərbaycanın Baş naziri təyin edilib. Fransaya səfər N.Məmmədovun bu vəzifədə xarici ölkəyə ilk səfəridir.
7news.Az








