RU
Novxanıda mağazanı yardılar: 300 manat nağd pul, 700 manatlıq ərzaq apardılar - ANBAAN VİDEO
16:00
157

Novxanıda mağazanı yardılar: 300 manat nağd pul, 700 manatlıq ərzaq apardılar - ANBAAN VİDEO

Abşeron rayonu, Novxanı qəsəbəsində marketlərin birində oğurluq hadisəsi baş verib.

Bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.

Hadisə Novxanı bağları, Heydər Əliyev küçəsində qeydə alınıb.

Belə ki, gecə saatlarında marketə girən oğrular 300 manat nağd pul və 700 manatlıq ərzaq və içkilər aparıblar. 

Oğurluq hadisəsi ilə əlaqədar Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verilib.

 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ