RU
Noyabrın 1-i Rusiyada matəm günü elan edilib
19:13
590

Noyabrın 1-i Rusiyada matəm günü elan edilib

Rusiya prezidenti Vladimir Putin göyərtəsində 224 nəfərin olduğu "Koqalımavia" şirkətinə məxsus olan sərnişin təyyarəsinin Misirdə qəzaya uğraması ilə əlaqədar 1 noyabrın tarixini matəm günü elan edib.

7news.az-ın APA-ya xəbərə görə, V. Putin müvafiq sərəncam imzalayıb.

Xatırladaq ki, bu gün göyərtəsində 224 (217 sərnişin və 7 ekipaj üzvü) nəfərin olduğu "Koqalımavia" şirkətinə məxsus olan sərnişin təyyarəsi Misirdə qəzaya uğrayıb. "Reuters" agentliyi yazır ki, təyyarə tamamilə parçalanıb, göyərtədə olan 224 nəfərin hamısı ölüb.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ