RU
NTV telekanalının Azərbaycana qarşı növbəti təxribatı - VİDEO
15:21
1199

NTV telekanalının Azərbaycana qarşı növbəti təxribatı - VİDEO

ARB24 XƏBƏR VERİR Kİ, Rusiyanın NTV telekanlı Moskvada mərkəzi küçələrdən birində qarışıqlıq yaradan qəzəbli sürücünün azərbaycanlı idmançı olması ilə bağlı süjet hazırlayıb. Kanalın məlumatına görə, paytaxtda yüzlərlə insanın gözü qarşısında digər sürücünün avtomilinə zərər yetirən bu qəzəbli şəxs kikboksinq üzrə Bakı çempionu Kamran Baxşəliyevdir. Video sosial şəbəkədə geniş müzakirə mövzusuna çevrilib. Ailə üzvləri isə videodakı insanın Kmaran olmadığını bildiriblər. Çünki Kamran Baxşəliyev hazırda Moskvada deyil, Latviyanın paytaxtı Riqada yaşayır. Və buradakı universitetlərdən birinin 3-cü kurs tələbəsidir. Bundan başqa Kamran hansısa peşəkar idmanla məşğul olmur. NTV telekanalının tamamilə başqa bir şəxsi Kamran Baxşəliyev deyə təqdim etməsi, üstəlik, bir qədər də irəli gedərək profil şəkillərini götürüb yayımlaması,və əlavə şərhlər verməsi, beləcə virtual dünyada onu çoxsaylı ittiham və təzyiqlərə məruz qoyması azərbaycanlılara qarşı qərəzli münasibətin təzahürüdür. Hər halda kanalının bu çirkin təxribatı bizim üçün yenilik deyil. Çünki ötən ilin aprel hadisələrində qondarma Dağlıq Qarabağ respublikasının nümayəndəsini efirə çıxarıb mövqe öyrənən də elə NTV telekanalı idi. Amma heç bir dəqiqləşdirmə aparmadan xəbər yaymaq özünü peşəkar televiziya kanalı kimi təqdim edən bir mərkəzə heç də başucalığı gətirmir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ