7NEWS.az xəbər verir ki,ABŞ-ın TikTok ilə müharibəsi davam edir. Bu gün Nümayəndələr Palatasında TikTok sosial media platformasında səsvermə keçirilib. Parlamentdə keçirilən səsvermədə Çinin ByteDance şirkətinə məxsus sosial media platforması TikTok-un ABŞ-dakı varlıqları başqa şirkətə satılmadığı təqdirdə ölkədə qadağan edilməsini nəzərdə tutan qanun layihəsi 58 əleyhinə 360 səslə qəbul edilib. Qanun layihəsinə görə, ByteDance-in TikTok-dan imtina etmək üçün 6 aydan 1 ilə qədər vaxtı var. Qanun layihəsində ABŞ prezidenti Co Baydenin satışlarda irəliləyiş olduğunu müəyyən edəcəyi təqdirdə satış müddətinin daha 90 gün uzadıla biləcəyi qeyd edilib. Nümayəndələr Palatasında qəbul edilən qanun layihəsi Senatda səsvermədən sonra təsdiq üçün Baydenə təqdim ediləcək.
7NEWS.az








