Bakının Xətai rayonunda vətəndaşlar təhlükə ilə üz-üzədir.
7News.Az-ın məlumatına görə, bu barədə tanınmış müğənni Nura Suri sosial şəbəkəsində məlumat yayıb.
Sakinlər üçün verilən suyun bərbad olduğunu bildirən müğənni, dəfələrlə müraciət etməsinə baxmayaraq, heç bir şeyin dəyişmədiyini vurğulayıb: "Xətai rayonunda su bərbad günündədir. Neçə dəfə müraciət etmişəm. Gəlib baxdılar və sonra dedilər ki, hər şey qaydasındadır. Heç bir problem yoxdur. Bizi gic yerinə qoyublar".
Nura Suri bununla yanaşı, gələn suyu videoya çəkərən sosial şəbəkədə paylaşıb.
7News.Az həmin videonu təqdim edir:




