Məşhur türk aktyor Nuri Alçonun evlənməyə hazırlaşdığı nişanlısı Burcu Sezginoğlunu Taksimdə bir məkanda döydüyü iddia edilir.
7News.Az Haberler-ə istinadən xəbər verir ki, Nuri Alço özündən 33 yaş kiçik nişanlısı Burcu Sezginoğlu ilə getdikləri restoranda mübahisə edib. Aktyorun nişanlısının üzərinə gedərək ona sillə vurduğu xəbərləri yayılıb.
Nurini restoran işçilərinin çətinliklə sakitləşdirdiyi deyilir.
7News.Az











