RU
Nurməhəmmədov kimsəsiz uşağın arzusunu HƏYATA KEÇİRDİ - VİDEO
14:30
359

Nurməhəmmədov kimsəsiz uşağın arzusunu HƏYATA KEÇİRDİ - VİDEO

Rusiyalı döyüşçü 31 yaşlı Həbib Nurməhəmmədov uşaq evinin sakini Yaroslav Trotsenkonun arzusunu həyata keçirib.

7News.Az-ın lenta.ru-ya istinadən verdiyi xəbər görə, bu barədə "Mash" Telegram kanalı yazır.

Məlumata əsasən, yeniyetmə beş il Nurməhəmmədovu canlı görüb söhbət etmək arzusunda olub. O, "Yeni il arzusu" kimi, Həbiblə görüşməyi qeyd edərək, "Arzular yolkası" xeyriyyə layihəsinə məktub göndərib. Bu aksiya kimsəsiz uşaqlar və uşaq evlərinin sakinləri üçün nəzərdə tutulub.

Nəticədə onun arzusu həyata keçirilib.

Trotsenko Nurməhəmmədovla görüşdən sonra xoşbəxtlikdən gecə gözünə yuxu getmədiyini deyib.

"Güclü məşq etməyə başlamışam, daha çox qələbə qazanmaq və yenidən Nurməhəmmədovla görüşmək istəyirəm ", - deyə Yaroslav etiraf edib.



7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ