Rusiyanın Ufa şəhərində polisə gələn naməlum şəxs özünü irlandiyalı boksçu Konor Makqrerorq kimi təqdim edərək UFC çempionu Həbib Nurməhəmmədovdan onu döydüyünə dair şikayət edib.
7News.Az report-a istinadən bildirir ki, polisin məlumatına görə, şikayətə baxılmayacaq.
Çünki Makqreqor və Nurməhəmmədovun komanda üzvləri arasında dava Ufada deyil, Las-Veqasda olub.
"Bazar günü Ufa polisinə naməlum şəxsdən məlumat daxil olub. O döyüşçü Makqreqorun adından Nurməhəmmədovun onu döydüyünü bildirib və günahkarın tapılması istəyib. Ərizə qeydə alınıb", - deyə mənbə agentliyə bildirib.
7News.Az








