171 saylı orta məktəbin direktoru Telman Qardaşov qəfildən dünyasını dəyişib. Onun ölümündə isə ATV telekanalının "Yoxlama" verilişinin aparıcısı Azər İsmayılov ittiham olunur.
7News.az xəbər verir ki, açıqlama verən ATV rəsmisi ittihamları absurd adlandıraraq, məsələni belə şərh edib:
"ATV-dən Rəsmi açıqlama
Xətai rayonu 171 saylı orta məktəbin direktoru Telman Qardaşovun ölüm xəbəri bizi dərindən kədərləndirdi. Hər insan ölümü kimi bu ölüm hadisəsi də məyusedicidir. Səmimi qəlbdən Telman Qardaşovun ailesinə və yaxınlarına baş sağlığı verir, səbr diləyirik.
Ünvanımıza yönəldilən ittihamı isə kökundən qərəzli və absurd hesab edir, mərhumun oğlunun kedərini nəzərə alıb səbirlə qarşılayiriq. Bəli, 05.01 2017- cı il tarixdə sözü gedən məktəbdə çekiliş aparmışıq vş 11.01.2017-ci il tarixdə o verliş efirdə yayımlanıb. Hər şey ictimaiyyətin gözü qarşısında baş verib. Verlişin efir gununə qədər unvanımıza yönəldiln şər və böhtanlar da, yalanlar da. Verlish efirə getdikdən sonra isə bütün həqiqətlər ortaya çıxdı. Biz öz işimizi görmüşük. Nə Təhsil Nazirliyindən, ne Baki Şəhər Təhsil idarəsindən, nə də digər qurumlardan ünvanımıza irad bildirilməyib. MTRŞ isə acıqlamasında verlişdə hec bir qanunauyğunsuzluğun olmadıgını bildirib. Məlum verlişin çəkilişindən və efir günündən bu qədər vaxt keçdikdən sonra belə bir üzücü hadisənin baş verməsini kanalımızla əlaqələndirmək bütün məntiqi yanaşmalara ziddir. Içtimaiyyətə bəyan edirik ki, bu cur söz- söhbətin, dedi-qodynun tərəfi deyilik və qətyyən də olmaq istəmirik.
Xatırladaq ki, yanvarın 11-də ATV-nin yoxlama verilişi sözügedən məktəbdə yoxlama aparıb və ciddi nöqsanlar aşkar edib.
7News.az








